Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində “Avropa Liqası muzeyi”ndə “Neftçi”nin və milli komandanın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.
Futbolinfo.az xəbər verir ki, muzey ziyarətçiləri görüş günündə 24 yaşlı futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.