“Mançester Siti”nin futbolçusu Bernardo Silva Premyer Liqada yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı son turda “Liverpul”u 2:1 hesabıyla məğlub etdikləri matçda, Premyer Liqanın cari mövsümündə ən yüksək məsafə qət edən futbolçu olub.

Belə ki, oyuna start heyətdə başlayan Silva, 90 dəqiqə ərzində meydanda 13,7 km məsafə qət edib. Bu, Premyer Liqanın 2018/19 mövsümü üçün ən yüksək göstəricidir.

24 yaşlı futbolçu 2017-ci ildə 50 milyon avro qarşılığında “Monako”dan transfer edilib.

Shares: