İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Braziliya “Flamenqo”sunun futbolçusu Lukas Paketanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçu yeni komandasına yanvarın 7-də qoşulacaq.
Bu transfer “Milan”a 35 milyon avroya başa gəlib. Cinah yarımmüdafiəçisinə Avropanın bir neçə klubu, o cümlədən, İspaniya "Barselona"sı ilə Fransa PSJ-si də iddialı idi.
Paketa ötən mövsüm Braziliya A Seriyasında 32 oyuna 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.