19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd bu gün Antalyada Rusiyanın “Dinamo-2” (Moskva) komandası ilə qolsuz bərabərə qaldıqları oyundan sonra AFFA-nın saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, qarşılaşmanı belə şərh edib:
“Bu təlim-məşq toplanışında ən güclü komandaya qarşı oynadıq. Düsünürəm ki, bizə lazım olan taktiki oyun planına uyğun oyun nümayiş etdirdik. Bütün futbolçulardan razı qaldım. Bizə məhz belə sürətli, yüksək tempə uyğun oyunlar lazımdır. İstər fiziki, istərsə də taktiki planda rəqibdən geri qalmadıq.
Meydanda məşqlərdə çalışdığımız tapşırıqları yerinə yetiririk. Futbolçularda yüksəliş var. Futbolçuların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb. Həqiqətən onlar gördükləri işə görə buna layiqdirlər”.