“Barselona”nın futbolçusu Denis Suares karyerasını İngiltərədə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “Arsenal” 25 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb. Bu barədə "Barselona"nın mətbuat xidməti məlumat yayıb.
“Arsenal” yayda 20 milyon avro ödəyərək, Suaresin transfer hüquqlarına sahib ola bilər.
Suares cari mövsümdə Kataloniya təmsilçisiylə 8 qarşılaşmada iştirak edib və 2 qol vurub.