Türkiyə çempionu “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındı.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Kasımpaşa”da forma geyinən Mbaye Diane ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bu keçidin tamamlanması üçün futbolçunun özü və klubu ilə danışıqlara start verildiyi bildirilir. Transferin qısa zamanda tam rəsmiləşməsi gözlənilir.
Diane bu mövsüm “Kasımpaşa”nın heyətində 17 oyuna çıxıb, 20 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı seneqallı forvard bu göstərici ilə Super Liqanın bombardiridi. O, 2018-ci ilin yanvar ayından “Kasımpaşa”da forma geyinirdi.