Ziqi Badibanqanın “Neftçi”yə keçidi düyünə düşüb. Belçikalı hücumçunun maliyyə tələbləri bakılıları geri çəkilməyə məcbur edib.
Futbolinfo.az xəbər verir ki, “Şerif”dən ayrılmaq istəyən Badibanqa bakılılarla danışıq aparıb, amma razılıq əldə olunmayıb. Moldova klubu ilə müqaviləsi davam edən oyunçu tiraspolluların təlim-məşq toplanışına qatılmayıb. Bununla belə, onun sərbəst qalmağı üçün xeyli xərcə düşmək lazımdı.
Belçikalı özü illik 300 min avro istəyir. Eyni məbləğ “Şerif”ə də ödənilməlidi. Bu isə “Neftçi” üçün həddindən artıqdı və bakılılar daha uyğun varant axtarır. Hazırda digər namizədlərə baxılır və yaxın günlərdə qərar veriləcək.
Bu arada Konqo əsilli oyunçu “İnstagram” hesabında paylaşım edib. O, azarkeşlərdən birinin “Come to “Neftchi” (“Neftçi”yə gəlirsən? sualına şəkillə cavab verib. Forvard suala cavab olaraq əlini üzünə tutaraq foto paylaşıb.