“Qarabağ” “Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının 15-ci tur matçına itkilərlə çıxacaq. 

Futbolinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Reynaldo və Miçelin “Neftçi” ilə oyunu buraxacaqlarını bildirib:

“Hazırda Reynaldo fərdi qaydada məşq edir. Miçel isə zədəlidir və hələ məşqlərə başlamayıb. Hər ikisi oyunu buraxacaq”.

Fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq. 

Shares: