“Qarabağ”ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyun öncəsi fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları deyib: "Rəqibin böyük komanda olduğunu hamımız bilir, ona hörmət və səbirlə yanaşırıq. Hər iki komandanın keyfiyyətli oyunçuları var". 

Onun sözlərinə görə, hələ çempionun kim olacağını demək olmaz: "Mövsümün yarısı geridə qalıb. İrəlidə bizi çətin matçlar gözləyir".

Azarkeşləri 12-ci oyunçu adlandıran braziliyalı oyunçu matçın harada keçirilməsinin önəmli olmadığını bildirib.

Shares: