Madrid "Atletiko"sunun Braziliya əsilli qolçusu Dieqo Kosta ilk dəfə milli komanda forması geyməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, məlum olduğu kimi yığma seçimini İspaniyanın xeyrinə edən forvard məhz bu komandanın növbəti matçının iştirak ərizəsinə daxil edilib.
 
Millinin çalışdırıcısı Visente del Boske İtaliya ilə yoldaşlıq görüşündə Kostaya şans verməyi düşünür: "Bu heyət yalnız İtaliya matçı üçündü. DÇ ilə əlaqələndirməyə ehtiyac yoxdu. Kostanı da heyətə götürdüm. Çünki “Atletiko”da etdikləri ortadadı”.
 
Qeyd edək ki, İspaniya millisinin gələn həftə İtaliya ilə keçirəcəyi oyundakı heyətinə Kostadan başqa Yesus Navas, Alvaro Neqredo, Pedro Rodriqes və David Silva kimi hücumçular da dəvət alıb.
Shares: