"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Yaxşı seriyamız var idi. Ardıcıl qələbələr qazanır, məğlub olmurduq. İndi də heç-heçə seriyası başlayıb. Yuxarı yerlərə getmək istəyirik. Ötən həftə öz səhvmizindən heç-heçə etdik. Bu oyunda qələbə qazanmaq üçün hər şeyi etdik. Qarşıda kubok oyunmuz da var. Növbəti oyunlarımızda qələbə qazanmaq üçün daha çox çalışmalıyıq.
 
– Hakimliklə bağlı fikirləriniz necədi?
– Hakim haqqında çox danışmaq istəmirəm. Mənim də hakim haqqında düşüncələrim var. Amma mənə qalsın.
 
– Slavik Alxasov artıq ikinci dəfədi penalti edir…
– Onunla özəl çalışacağıq. Etdiyi səhvlər üzərində işləyəcəyik.
 
– Zədəlilərin olması oyununuza təsir etdi?
– Təbii ki, təsir etdi. Amma bunu bəhanə gətirmək lazım deyi. lMən bura gələndən bəri belə problemlər var. Qarşıdakı oyunlarda daha yaxşı oynayıb, yuxarılara qalxmaq lazımdı.

ELSEVƏR, LƏNKƏRAN

Shares: