İngiltərə nəhəngi "Mançester Yunayted" gələn mövsüm üçün planlarını indidən hazırlamağa başlayıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqada çətin günlər keçirən klub avrokuboklara düşə bilməyəcəyi halda itkilərini azaltmaq üçün planlar qurub.
 
Əsas variantlardan biri kimi Şərqdə, Çində və ABŞ-da yoldaşlıq oyunlarının keçirilməsidi. Çempionlar Liqası və Avropa Liqasına düşməyəcəyi halda MY ən azı 20 milyon funt sterlinq itki ilə üzləşəcək.
 
Qeyd edək ki, klub tez-tez yoldaşlıq oyunları üçün təkliflər alır. Bu səbəbdən də maliyyə itkiləri elə də böyük olmamalıdı.
Shares: