Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan "Neftçi" – "Qarabağ" matçının müzakirəsi hələ də davam edir. Futbolinfo.az xəbər verir ki, matçda baş verənlərdən ən çox ev sahibi olan komanda narazı qalmışdı.
 
İlk hissədən sonra ağdamlıların 2:0 hesabı ilə öndə olması, matçın qalan dəqiqələrinin gərgin və maraqlı keçəcəyindən xəbər verirdi. Elə gözlənildiyi kimi də oldu. İkinci  hissədə azarkeşlər daha 3 qolun şahidi olmaqla yanaşı, meydanda bir sıra  xoşagəlməz hadisələr də izlədilər. Bunlardan biri də matçın son dəqiqələrində "atlıların" hüçumçusu Vüqar Nadirovla "Neftçi"nin brazilyalı yarımmüdafiəçisi Erik Ramos arasında baş verdi. Belə ki, Nadirov Ramosu ötüb keçəndə brazilyalı dirsəyi ilə Vüqarı vuraraq onun qaşını partlatdı. Oyundan sonra Vüqarın qaşına iki tikiş vurulub.
 
Buna baxmayaraq  o, növbəti turda "Bakı" ilə qarşılaşmada komandasına kömək edə biləcək.
Shares: