Bu gün Türkiyə Super Liqasında Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" və Əli Gökdəmirin formasını geyindiyi "Elazığspor" qarşı-qarşıya gəlib. Futbolinfo.az xəbər verir ki, Sivasda oynanılan matçdan qonaqlar qalib ayrılıb – 3:1.
 
Bu görüşdə yığmamızın üzvlərinin adı iştirak ərizəsinə salınsa da, heç biri meydana daxil olmayıb.
 
Qeyd edək ki, 23 turdan sonra "Sivasspor" 36 xalla turnir cədvəlinin 4-cü, "Elazığspor" isə 26 xalla 13-cü pilləsində qərarlaşıb.
Shares: