Futbol üzrə Azərbaycan Premyer Liqasında 22 turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, son oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub. Bu şəhərin eyniadlı təmsilçisi “Sabah”ı qəbul edib.

Meydan sahibləri bu oyunda qələbə qazanmaqla üst pillələrdəki rəqibləri ilə xal fərqini azaltmağa ümid edirdi. Çempionatın debütantı isə səfərdə qalib gəlməklə məhz “Qəbələ” ilə xal fərqini azaltmağı hədəfləmişdi. Amma qarşılaşma qolsuz başa çatıb.

Azərbaycan Premyer Liqası
22-ci tur

1 aprel

“Qəbələ” – “Sabah” 0:0
Qırmızı vərəqə: K.Diniyev, 90+1.
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev.
Qəbələ şəhər stadionu, 14:00.

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə 
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 4. Elvin Camalov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 2. Amin Seydiyev, 98. Rövlan Muradov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 11. Elgün Nəbiyev 
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov, 77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov

Shares: