“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:0 hesabıyla qalib gəldiyi qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Oyuna bir qədər pis başladıq. Rəqibin dirək və tirdən qayıdan topları oldu. Bu gün bir qədər ağır idi bizə. Əsas qalib gəlmək idi ki, bunun öhdəsindən gəlməyi bacardıq”. (sport24)