"Qarabağ"ın futbolçuları Filip Ozobiç və Donald Gerye Premyer Liqanın 25-ci turunda "Keşlə" ilə oyunu buraxacaqlar. Buna səbəb onların 24-cü turda "Sabah"la matçda (3:0)  sarı vərəqə limitini doldurmalarıdır. Hər iki futbolçu bu mövsüm 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
 
Qeyd edək ki, "Qarabağ" – "Keşlə" görüşü aprelin 18-i keçiriləcək.
Shares: