“Qəbələ” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Keşlə” ilə qarşılaşır.
Futbolinfo.az xəbər verir ki, Bakıdakı “ASK Arena”da keçirilən oyunda qonaq komandanı da dəstəkləməyə xeyli azarkeş gəlib.
Maraqlıdı ki, “Qəbələ”ni heç ev oyunlarında bu qədər tərəfdar dəstəkləmir. Belə olan halda Bakıdakı oyuna bu qədər “Qəbələ” fanatının təşrif buyurması bəzi suallar doğurur. Hazırda klubda çalışanların özləri də bu durumdan bixəbərdilər.
Böyük ehtimalla bu, Tale Heydərovun istefasından sonra “Qəbələ”yə rəhbərlik etməyə çalışan şəxslərin “əməyi”nin nəticəsidi.
Yeri gəlmişkən, “Qəbələ” fanatları arasında Heydərovun xidmətlərini unutmayanlar da var. Onlar “Əmanətin əmin əllərdədir, böyük başqan” sözləri yazılmış plakat da açıblar.