Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçirilib.

“Mançester Siti” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib. İlk görüşdə rəqibini minimal hesabla məğlub edən “Tottenhem”də komandanın əsas “qol silahı” Harri Keyn zədə səbəbindən bu matçda forma geyinməyib. “Mançester Siti”də isə ciddi itki yox idi. Buna baxmayaraq, London təmsilçisi bu görüşdə möhtəşəm əzmkarlıq nümayiş etdirib və bol qollu qarşılaşmadan məğlub ayrılmasına baxmayaraq, səfərdə daha çox top vurması sayəsində yarımfinala yüksələn tərəf olub.

Günün digər qarşılaşmasında “Portu” “Liverpul”u qəbul edib. İlk oyunda 2:0 hesablı qələbə qazanan İngiltərə təmsilçisi, bu görüşün də əsas favoriti idi. Gözlənildiyi kimi, bu komanda səfərdə də qələbə qazanmaqla sürprizə imkan verməyib.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

17 aprel

Mançester Siti (İngiltərə) – Tottenhem (İngiltərə) 4:3 (ilk oyun 0:1)
Qol: Sterlinq, 4; 21. B.Silva, 11. Aquero, 59 – H.M.Son, 7; 10. Lyorente, 73.
Mançester, “Etihad” stadionu.

Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:4 (0:2)
Qol: Militao, 69 – Mane, 26. Salah, 65. Firmino, 7. Van Deyk, 84.
Portu, “Draqan” stadionu.

Shares: