Bu gün Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin doğum günüdü.

Futbolinfo.az xəbər verir ki, 25 illik yubileyini qeyd edən Emilin formasını geyindiyi Qazaxıstanın "Tobol" klubu "Facebook" səhifəsində azərbaycanlı futbolçu ilə bağlı maraqlı paylaşım edib. 

Belə ki, ad günü ilə əlaqədar olaraq, Balayev barədə ən maraqlı məqamlar qeyd olunub: 

Uşaqlığı haqqında

Hər zaman uşaqlarla gec saatlara kimi oynayardıq. Bilə-bilə ki, evdə məni cəza gözləyir, yenə də tez getmirdim. Məndə futbol sevgisini görən babam seksiyaya yazdırdı. O, özü də futbolu çox sevirdi və "Neftçi" azarkeşi idi. 

Pul haqqında

Pul həlledici faktor deyil. Karyeramda elə vaxtlar olub ki, yüksək məbləğdən imtina etmişəm. Bunu öz inkişafım və daha da irəlləyişim üçün etmişəm. 

Qazaxıstanda ilk oyunu haqqında 

Yadımdadır, oyundan əvvəl çox istəyirdim ki, meydanı qol buraxmadan tərk edim. Çünki Qazaxıstan çempionatında debütüm idi. Final fitindən sonra çox şad idim. Çünki debüt istədiyim kimi olmuşdu. 

Uğur talismanı haqqında

Talısmanım yoxdu. Ancaq həmişə Allahdan mənə hər şeydə kömək olmağı diləyirəm. Çünki hesab edirəm ki, nail olduğu hər şeyi yalmız onun köməyi sayəsində qazanmışam. 

Həyat qanunu haqqında

Məhəmməd Peyğəmbər dediyi kimi, insanlara özünüzə arzu etdiyinizi edin. Heç kimə özünüzə arzu etmədiyinizi etməyin. Bu qaydaya uyğun addım atmağa çalışıram. 

Karyerası haqqında

Xoşbəxtəm və Allaha şükür edirəm ki, nail olduğum uğurlarda mənə kömək etdi. Və daha çox uğur qazanmağa çalışacam. İllər sonra geriyə baxanda nələrdən keçdiyimi düşünüb xoş xatirələr kimi xatırlamaq istərəm.

Shares: