İspaniyanın “Atletiko” klubu futbolçusu Yan Oblakın müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi sloveniyalı qapıçıyla müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2014-cü ildən “Atletiko”da forma geyinən Oblakın əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.