“Sabah” Azərbaycan yığmasının da şərəfini qoruyan Təmkin Xəlilzadəni komandadan uzaqlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bunlar qeyd olunub: "Sabah" FK-nın oyunçusu Təmkin Xəlilzadə dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün mövsümün sonuna qədər komandadan uzaqlaşdırılıb. Xəlilzadə milli komandanın da üzvü olduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb”.