"Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər.  Futbolinfo.az “dailyrecord”a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçini "Seltik" transfer etmək istəyir.
 
Xəbərdə bildirilir ki, yayda Dedrik Boyata "Herta"ya keçəcəyi, Filip Benkoviç isə "Lester"ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilə imzalanacaq.
 
Qeyd edək ki, milli komandamızın üzvü  "Qəbələ" Futbol Akademiyasının yetirməsidi. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 20 oyuna çıxıb.
Shares: