Futbol üzrə Fransa çempionatında 33-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü dörd oyun baş tutub.

Marsel “Olimpik”i səfərdə “Genqam”la, “Monpelye” isə “Strasburq”la oyundan inamlı qələbə ilə ayrılıb. 

“Nitsa” doğma meydanda “Kan”a minimal hesabla uduzub. “Nim” – “Bordo” matçında isə meydan sahibləri qələbəyə sevinib.

Fransa Liqa 1
33-cü tur

19 aprel

Dijon – Renn 3:2
Qol: Aquerd, 20. Jane, 55. Said, 83 – Yunu, 52. Nyanq, 61.

Olimpik (Lion) – Anje 2:1
Qol: Depay, 14. Terrye, 39 – Tusar, 89-öz qapısına.

20 aprel

Genqam – Olimpik (Marsel) 1:3
Qol: Nqbakoto, 56 – L.Qustavo, 4. Okampos, 40. Jermen, 90.

Nitsa – Kan 0:1
Qol: Djiku, 74.

Nim – Bordo 2:1
Qol: Savanye, 16-pen. Ripar, 63 – Maja, 13.

Strasburq – Monpelye 1:3
Qol: P.Martines, 34 – Delor, 22; 86. Molle, 28.

21 aprel

17:00 Nant – Amyen
17:00 Tuluza – Lill
19:00 Reyms – Sent-Etyen
23:00 PSJ – Monako

Shares: