Futbol üzrə İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub. 

Dörd qolun qeydə alındığı “Levante” – “Espanyol” matçında qalib müəyyənləşməyib. Səfərdə “Xetafe” ilə üzləşən “Sevilya” 3 cavabsız qolla məğlub olub. Madrid “Real”ı isə “Atletik”lə ev oyununda darmadağına sevinib. “Vilyarreal” da “Leqanes”i məğlub yola salıb. “Betis”in qonağı olan “Valensiya” çətinliklə üç xala sahib çıxıb.

İspaniya La Liqası
33-cü tur

19 aprel

Alaves – Valyadolid 2:2
Qol: Quidetti, 4. Coni, 24 – X.Fernandes, 38. E.Ünal, 76-pen.

20 aprel

Selta – Jirona 2:1
Qol: Aspas, 34. Bufal, 69 – Portu, 48.

Eybar – Atletiko 0:1
Qol: Lemar, 85.

Rayo Valyekano – Hueska 0:0

Barselona – Real Sosyedad 2:1
Qol: Lanqle, 45. Alba, 64 – Xuanmi, 62.

21 aprel

Levante – Espanyol 2:2
Qol: Vezo, 62. Roşina, 72 – B.İqlesias, 16. Roxa, 65.

Xetafe – Sevilya 3:0
Qol: Mata, 35-pen. Molina, 45-pen; 53.

Real – Atletik 3:0
Qol: Benzema 47; 76; 90.

Vilyarreal – Leqanes 2:1
Qol: Bakka, 64. Ekambi, 80 – El Zar, 87-pen.

Betis – Valensiya 1:2
Qol: Lo Çelso, 78-pen – Quedes, 45; 49.

Shares: