AFFA-nın təşkil etdiyi Region Liqasında ilk finalçı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu gü yarımfinalda “Araz Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edən “Uğur” həlledici görüşə vəsiqə qazanıb.
Sumqayıt təmsilçisinin heyətində Anar Ağayev, Ülvi Quliyev və Azərbaycan millisinin sabiq hücumusu Vüqar Nadirov fərqlənib.
Qeyd edək ki, “FC Baku” və “Şahdağ” (Qusar) arasında bu günə nəzərdə tutulan digər yarımfinal oyunu qeyri-müəyyən müddətə təxirə salıb. Buna səbəb paytaxt təmsilçisi ilə “Füzuli” arasında keçirilmiş matçın nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olmasıdı.