AFFA rəhbərliyinin 12 ildi davam edən bərbad idarəçiliyinin meyvələrini toplamaqdayıq. Ölkə futbolu elə vəziyyətə salınıb ki, məğlubiyyətlər alın yazımız olub.
 
U-21-in Lixtenşteyn faciəsinin ardınca əsas millimiz evdə Macarıstana yenildisə, U-19 da Belarusda darmadağın oldu. Dünən Minsk şəhərində təlim-məşq toplanışında olan Samir Əliyevin yetirmələri yoldaşlıq oyunu keçirdi. Yerli 19 yaşlılarla matç 0:4 hesabı ilə bitdi.
 
Azərbaycab futbolunun sabahı bax, belə yetişdirilib. Çatan qapazlayır…
Shares: