“Bütün komanda bu cür səviyyədə oyun göstərirsə, müsbət nəticə qazanmaq mümkün deyil. Türkiyə keyfiyyətli oyunu ilə qələbə qazandı” – bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2020-nin seçmə mərhələsində Türkiyəyə uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında deyib.
O, dünya çempionuna yaraşmayan oyun nümayiş etdirdiklərini və bu məğlubiyyətin onları ayıltmalı olduğunu bildirib: “Dünya çempionu olub-olmamağından asılı olmayaraq hər zaman yüksək səviyyəli oyun nümayiş etdirməlisən. Əks halda cəzalanacaqsan. Bu məğlubiyyət bizim üçün bir sillə idi. Deməyə başqa sözüm yoxdur. Türkiyə millisini təbrik edirəm. Özümüzə gəlməliyik”.