Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, püşkdə Azərbaycanı təmsil edən son ölkə çempionu “Qarabağ”ın da rəqibi bilinib. 

İveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu bu beş komandadan biri ilə düşə bilərdi:

“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

Püşk “Qarabağ”ı Albaniya çempionu “Partizani” ilə üz-üzə qoyub.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək. Ağdam klubu ilk matçını səfərdə, cavab görüşünü Bakıda keçirəcək.

Shares: