UEFA-nın keçmiş prezidenti Mişel Platini saxlanılıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Platini DÇ-2022-nin təşkilatçılığının Qətərə verilməsi zamanı qayda pozuntuları etməkdə ittiham olunur. O, Parisdə, polis nəzarəti altında saxlanılır.
Platini 2007-2015-ci illər aralığında UEFA-nın prezidenti vəzifəsini icra edib.