Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti mövsümə hazırlığın ikinci mərhələsini keçirmək məqsədilə Avstriyaya yollanıb.

Futbolinfo.az xəbər verir ki, yeddiqat ölkə çempionu əvvəlcə Bakı – İstanbul – Münhen reysindən istifadə edəcək, oradan isə Avstriyaya gedəcək.

“Qarabağ” 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

Shares: