“Keşlə” tezliklə daha bir əcnəbi transferini reallaşdıracaq.

Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə argentinalı müdafiəçi Franko Floresin keçidini açıqlayan paytaxt klubu qarşıdakı günlərdə xorvat oyunçu ilə müqavilə imzalayacaq.

Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən mərkəz müdafiəçisi İqor Yovanoviç bakılılarla hər mövzuda anlaşıb. Onun ölkəmizə gəlib rəsmi müqaviləyə imza atması qalır. Yaxın günlərdə o, Bakıya gələcək və transfer tamamlanmış olacaq.
 
Yovanoviç peşəkar karyerasına Almaniyanın “Vakker Burqhauzen” klubunda başlayıb. 30 yaşlı futbolçu karyerası ərzində “Kleve” (Almaniya), TPS (Finlandiya), “Babelsberq” (Almaniya), “Rot-Vays Erfurt” (Almaniya), “Jaro” (Finlandiya), “Medz Leqnitsa” (Polşa), “Bney Saxnin” (İsrail), “Lahti” (Finlandiya) və “Sepsi” (Rumıniya) klublarında da forma geyinib. Xorvat müdafiəçi son mövsümdə çıxış etdiyi “Sepsi”də 34 oyuna çıxıb, 1 qola imza atıb.

Xatırladaq ki, "Keşlə"nin Yovanoviçlə maraqlandığı barədə xəbəri ilk olaraq "Futbolinfo" yaymışdı.

Shares: