“Keşlə”nin növbəti mövsümə hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyunun 20-dən etibarən təlim-məşq toplanışına başlayacaq.
Bakıda start götürəcək toplanışda komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. Tərlan Əhmədovun çalışdırdığı kollektiv ilk yoxlama matçını iyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.
Komandanın ikinci yoxlama matçı iyulun 5-də baş tutacaq. Sumqayıtda keçiriləcək yoxlama matçındakı rəqib yerli “Sumqayıt” olacaq.
İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq.
Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib hələlik məlum deyil.