“Keşlə” daha bir legionerlə razılıq əldə edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu braziliyalı Jan Derettini transfer etməyə hazırlaşır.
Tərəflər artıq bütün məsələlərdə razılaşıblar. 26 yaşlı hücumameylli yarımmüdafiəçi qarşıdakı günlərdə Bakıya gələrək rəsmi müqaviləyə imza atacaq.
Deretti son mövsümü Slovakiyanın “Senitsa” klubunda keçirib. Braziliyanın “Fiqueyrense” klubunun yetirməsi olan futbolçu, ölkəsində “Qremio”, “Jonvill”, “Moqi Mirim”də də forma geyinib. O, 2017-ci ildə Gürcüstanın “Dila Qori” klubunda da çıxış edib.
Deretti Braziliyanın U-20 klubunda da forma geyinib.