İngiltərənin “Mançester Siti” klubu futbolçusu Aleksandr Zinçenkonun müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan yeni müqavilə imzalanıb.

2013-cü ildən “Mançester Siti”də forma geyinən Zinçenkonun əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.

Ukrayna millisində də çıxış edən Zinçenko, son mövsümdə İngiltərə Premyer Liqasında 14 qarşılaşmada iştirak edib.

Shares: