Türkiyənin “Başakşəhər” klubu dörd futbolçu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Sərdar Taşçı, Fyodor Kudryaşov, Riad Bayiç və Emmanuel Adobayorun komandadan getdiyini rəsmən açıqlayıb.

Klubun sosial şəbəkə hesabında onların hər birinə göstərdikləri xidmətə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Fyodor Kudryaşovla Sərdar Taşçı “Başakşəhər”də bu ilin yanvar ayından çıxış edirdisə, Adebayor 2017-ci, Bayiç 2018-ci ilin yanvarından sözügedən klubun uğurları üçün çalışırdı.

Shares: