Futbol üzrə Haiti yığma komandası KONKAKAF “Gold Cup” turnirində ikinci oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Nikaraqua ilə qarşılaşıb. Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. O, 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Shares: