İtaliyanın “Milan” klubunun yeni idman direktoru məlum olub.

Futbolinfo.az xəbər verir ki, sözügedən vəzifəyə Frederik Massara təyin olunub. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Massara iyulun 1-dən yeni işinin icrasına başlayacaq.

“Milan”da bir müddət əvvəl idman direktoru Leonardo vəzifəsindən ayrılmışdı.

Shares: