“Səbail”in sıraları seyrəlməkdə davam edir. Dilan Duventru və Bilal Həmdinin ardından daha bir neçə futbolçunun gedişi gündəmdədi. Baş məşqçi Aftandil Hacıyev hər məşqə hansısa futbolçunu düşərgədə görə bilməmək qorxusu ilə gəlir.
Yevgeni Koçuk, Ürfan Abbasov və Ağabala Ramazanov da getmək fikrinə düşüb. Klub rəhbərliyinin maaşların yubana biləcəyi ilə bağlı xəbərdarlığı onların qarşılıqlı razılıqla anlaşmaya xitam verməsi istəyinə düşməsinə səbəb olub. Komandanın iddiasıza çevriləcəyi də onların qərarına təsir edib.
Koçuk Rumıniya və Moldovada klub axtarırsa, Ürfan “Keşlə” və “Sabah”dan təklif gözləyir. Ağabala isə “Zirə”ylə müqavilə şərtlərini razılaşdırıb (sportinfo.az). Onun tezliklə “dənizçilər”dən ayrılacağı və elə ilk turda “Səbail”ə rəqib olacağı gözlənilir.