"Keşlə"nin Müşahidə Şurasının (MŞ) sədri Zaur Axundov bu yay transfer olunan legionerlərin menecerlərinə xəbərdarlıq edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Sportinfro.az-a futbolçuların özləri məlumat verib.

Onların sözlərinə görə, Axundov agentlərlə əlaqə saxlayaraq, kimdən narazı qalarsa, maaşını azaldacağını və müqavilə şərtlərinə yenidən baxılacağını deyib.

MŞ sədri qeyd edib ki, heç kimə havayı pul vermək fikri yoxdur və ondan bunu gözləyən futbolçularla sərt davranacaq.

 

Shares: