Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Bu tur Səbuhi Bayramov, Rauf Cabarov, İnqilab Məmmədov və Vüqar Həsənli baş hakim kimi iş başında olacaqlar.

Azərbaycan Premyer Liqası
7-ci tur

5 oktyabr (şənbə)

17:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”

19:15. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”

6 oktyabr (bazar)

18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu

20:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu

Shares: