“Mançester Yunayted” antirekorda imza atıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Premyer Liqanın 7-ci turunda "Arsenal"la görüşdə qeydə alınıb.
"Topçular"la qollu bərabərə qalan (1:1) "qırmızı şeytanlar" xallarının sayını 9-a çatdırıb. Komanda bununla 1989-90 mövsümündən bəri ən uğursuz startı götürüb. 30 il əvvəl də "mankunianlar" Aleks Ferqyusonun rəhbərliyi altında ilk 7 turda 9 xal toplamışdı.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.