“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar.
Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər noyabrın 17-də Kosta Rika ilə səfərdə keçiriləcək KONKAKAF Milli Liqası matçına çağırılıblar.
Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 18 oyunda 2, Gerye isə 46 oyunda 11 qol vurub.