Bu gün Topaz Premyer Liqasında 28-ci tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Öncə İnter paytaxt derbisində Rəvanla üz-üzə gələcək. "İnter" indiyədək "Rəvan"a qarşı keçirdiyi 7 oyunun hamısında qalib gəlib. Onlar son 5 qarşılaşmada 2 və ya daha çox qol vurmağı bacarıb. Top fərqi də "bankirlər"in xeyrinədi – 17:5. Cari mövsümə təsadüf edən 3 görüşdə isə hər iki komanda qol vurub. Bu qarşılaşmalarda "İnter" müvafiq olaraq 5:1, 3:2 və 2:1 hesabıyla qalib gəlib. Kaxaber Sxadadzenin komandasının son turlardakı inamlı çıxışını nəzərə alsaq, meydan sahiblərinin "aslanlar"a yenə xal verməyəcəyini gözləmək olar.
 
Turun qapanış matçında lider Qarabağ Qəbələ ilə üz-üzə gələcək. Ardıcıl 5 oyunda rəqibinə xal verməyən Qarabağ 17 aydı bu komandaya uduzmur. Ağdam təmsilçisi öz meydanındakı son iki oyunda minimal fərqlə qalib gəlib. Bütövlükdə, "Qarabağ"ın 11, "Qəbələ"nin 5 qələbəsi var. 7 qarşılaşmada sülh qeydə alınıb. Ağdamlıların vurduğu 30 qol qarşılığında "Qəbələ" 21 dəfə fərqlənib. Cari mövsüm baş tutan oyunlarda Qurban Qurbanovun yetirmələri səfərdəki hər iki görüşü 1:0 hesablı qələbəylə başa vurub. Bakıdakı matçda isə bu komanda 4:3 hesabıyla üstün olmuşdu. Bu səbəbdən həm "Qarabağ"ın çempionluq, həm də "Qəbələ"nin "üçlük" arzusunu nəzərə alsaq, maraqlı oyunun şahidi olacağımızı demək olar.
 
Topaz Premyer Liqası
28-ci tur
30 mart
 
17:00. İnter – Rəvan
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Şəfa” stadionu.
 
18:00. Qarabağ – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Turun digər oyunları: Sumqayıt – AZAL – 2:1, Bakı – Simurq – 2:1, Neftçi – Xəzər Lənkəran – 1:0.
 

1 Qarabağ 27 17 7 3 50 14 +36 58
2 Neftçi 28 15 6 7 41 33 +8 51
3 Bakı 28 14 6 8 45 30 +15 48
4 İnter 27 13 6 8 41 31 +10 45
5 Qəbələ 27 13 5 9 37 28 +9 44
6 Simurq 28 10 9 9 31 22 +9 39
7 XL 28 8 10 10 28 39 –11 34
8 AZAL 28 6 8 14 27 42 –15 26
9 Rəvan 27 3 8 16 15 46 –31 17
10 Sumqayıt 28 3 7 18 18 48 –30 16
Bombardirlər:
15 – Reynaldo (Qarabağ)
12 – Vaqif Cavadov (İnter)
11 – Daniel Subotiç (Qəbələ)
9 – Draqan Çeran (Simurq)
8 – Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).
Shares: