"Milan"ın liderlərindən sayılan Kaka gələcək karyerası haqda azarkeşləri üzəcək açıqlama verib. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu "Sky Sport İtalia"ya müsahibəsində yeni mövsümdən etibarən ABŞ-da oynamaq fikrində olduğunu deyib:
"Hər bir futbolçunun karyerasında çətin seçim dövrü olur. Mən də "Milan"a qayıtdığım üçün peşman deyiləm. Zeedorfa gəlincə onun qarşısında çətin vəzifə dayanır. Ancaq o, hələ məşqçilik karyerasının başlanğıcındadı. Gələcək karyerama gəldikdə ABŞ-da oynamaq istəyirəm. Mövsümün sonunda rəhbərliklə görüşüb, gələcək planlar barədə söhbət edəcəyəm".