Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” öz meydanında millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”u qəbul edib.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızın heç biri oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda “Orduspor” 62 xalla yarış cədvəlinin 2-ci, “Qaziantep BB” isə 32 xalla 15-ci pilləsində qərarlaşıb.