Futbol üzrə Almaniya İkinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Eratın komandası Düsseldorf “Fortuna”sı öz meydanında “İnqolştadt”ı qəbul edib.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Əsas heyətdə meydana çıxmış Erat 18-ci dəqiqədə zədələnərək əvəzlənib. Gənc futbolçumuza bel əzələsinin dartılması diaqnozu qoyulub. Hazırda Eratın hansı müddətə sıradan çıxdığı məlum deyil.
Qeyd edək ki, “Fortuna” 34 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.