Xəbər verdiyimiz kimi, saat 17:00-dan etibarən Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Şəfa" stadionunda "İnter" – "Rəvan" matçı start götürmüşdü. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma çox keçməmiş yarıda dayandırılıb.
Ölkə ərazisindəki hava şəraitinin kəskin dəyişməsi bu qarşılaşmaya da təsirsiz ötüşməmişdi. Paytaxtımıza yağan aramsız qar "Şəfa" stadionunun qazonunu ağ örtüklə bəzədiyindən komandalar hətta qırmızı topla mübarizə aparmaq məcburiyyətində qalmışdılar. Lakin güclü qar yağışı nəticəsində görüntü də çətinləşdiyindən matçın 11-ci dəqiqəsində hakimlər qarşılaşmanı təxirə salmağa qərar veriblər.
Shares: