Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi olacaq. Futbolinfo.az xəbər verir ki, 67 yaşlı alman mütəxəssis öz yerlisinə Braziliyada keçiriləcək dünya çempionatı zamanı kömək edəcək.
“Çox şadıq ki, Foqts kimi bir mütəxəssis bizimlə işləyəcək. Onun həm futbolçu və həm də məşqçi kimi böyük təcrübəsi var. Böyük yarışlarda qalib gəlməyin yollarını bilir. Əminəm ki, o, bizim DÇ-dəki rəqiblərimizi yaxşı tanıyır. Belə ki, o, Nigeriya və Azərbaycan yığmalarını çalışdırıb. Bu, bizim üçün böyük üstünlükdü”, deyə Klinsmann bildirib.
Qeyd edək ki, qrup mərhələsində ABŞ yığmasının rəqibləri Almaniya, Portuqaliya və Qana komandaları olacaq. ABŞ yığması DÇ ərəfəsində millimizlə yoldaşlıq oyunu keçirəcək. Oyun mayın 28-də Bakı vaxtı ilə 7:00-da San-Frnsiskoda baş tutacaq.