“Barselona"nın kapitanı Xavi Hernandez Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Atletiko" (Madrid) haqqında fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı pleymeyker turnirin bu mərhələsində bir ispan klubu ilə qarşılaşmağın xoş olmadığını deyib:
 
"İspan klubları ilə oynamaqdansa, Avropa klublarından biri ilə oynamaq daha yaxşı olardı. İstənilən halda İspaniyanın ÇL-dəki təmsilçilərindən biri azalacaq. “Atletiko" bizi yaxşı tanıyır. Madrid təmsilçisi rəqibə çətinlik yarada biləcək bir rəqibdi. Onların Koke, Kosta, Arda kimi önəmli futbolçuları var. Hər iki komandanın şansları eynidi".
 
"Barselona" – "Atletiko" oyunu sabah baş tutacaq.
Shares: